- 20 Dek 2022
Venus Legacy Sellülit Müalicə Avadanlığı
Sellülit nədir?
Sellülit, əsasən, bədənin qarın və bud hissəsində çuxurlar və portağal qabığına oxşayan qırışlar şəklində meydana gəlir. Qadınları narahat edən bu görünüşün Venus Legacy kimi cihazlarla rahat həll imkanları var.
Pasiyentlərə, kompleks estetik problemlərə yenilikçi və qabaqcıl həllər təklif edir.
2018-ci ildə icra olunan 9.3 milyondan çox bədən konturlanması, deri cavanlasdirma və dəri daraltma prosedurları ilə aydın olur ki, qeyd edilən müalicə növləri üzrə pasiyent tələbatı artmaqda davam edir. Faktiki olaraq 2023-cü ilə qeyd edilən say 30% artacaqdır. Yalnız düzgün peşəkar sellülit müalicə avadanlığını seçməklə pasiyent məmnuniyyətini tam təmin etmək olar.
Venus Legacy
Venus Legacy qeyri-cərrahi yolla ətraf nahiyələrin azaldılması, sellülitin azaldılması, ariqlama, artiq cekiden azad olma, dərinin daraldılması və qırışların azaldılması kimi üz və bədənin estetik ehtiyaclarını effektiv qaydada həll edən yüksək keyfiyyətli qabaqcıl tibbi qurğudur. Hər hansı vaxt itkisi olmadan müalicələr daha rahat gedir və bütün dəri tipləri üçün təhlükəsiz hesab edilir. Venus Legacy™ sellülit avadanlığıdır və patentləşdirilmiş (MP) texnologiyası (çox-polyarlı radio tezlik və impulslu maqnitli sahə birləşməsi), VariPulse™ qabaqcıl texnologiya ilə gücləndirilmişdir.
Çox- polyarlı RF və PEMF-in sinerji effekti
Çox-polyarlı RF müalicə zamanı istiliyin tez və təhlükəsiz şəkildə əldə edilməsini və terapevtik temperaturun asan saxlanılmasını təmin etməklə çoxsaylı toxuma dərinliklərinə eynicinsli enerji və volumetric istiliyi verən kompleks alqoritmlərdən istifadə edir. Çox-polyarlı RF təsiri applikatorun elektrodları vasitəsilə ayrılan qeyri-termik mexanizm olan PEMF vasitəsilə genişlənir.
(MP) Sinerji vasitəsilə RF fibroblastları qızdırır və birbaşa olaraq stimullaşdırır və PEMF angiogenezləri aktivləşdirir və artan kollagen sintezlə nəticələnən FGF-2 artma faktorunun təmin edilməsi ilə fibroblast proliferasiyanı oyadır.
4D bədən applikatoru
Daha geniş bədən nahiyələri üçün hazırlanmış və qabaqcıl VariPulse™ ilə təchiz edilmişdir. Çox-miqyaslı RF və PEMF enerji matrisi sellülitin effektiv şəkildə azaldılması, geniş dərinin dartılması üçün çoxsaylı istiqamət və vəziyyətlərdə xüsusi müalicə sahələrini hədəfləyə bilir. İnnovativ ikiqat çox-polyarlı elektrod taclı dizayn – xarici hamar olan tac dizaynı davamlı olaraq elektro-termik volumetrik istiliyə nəzarət edir və eyni zamanda, daxili dərin tetra-polyar tac aralıqlı vacuum dəstəkli elektro-termik selektiv istiliyi təmin edir. Bir-birindən 7.5sm-dək məsafədə yerləşən unikal elektrod matrisi daha sürətli müalicə üçün geniş başlıq ölçüsünü və daha dərin toxumalar üzərində daha geniş effektə malik olmaq üçün əhəmiyyətli müdaxilə (4.5 sm-dək) dərinliyini təmin edir.
İnnovativ VARIPULSE™ texnologiya
Qabaqcıl VariPulse™ (4D bədən və 4D üz applikatorlarına birləşmiş şəkildə) ilə sənayedə yeganə tibbi estetik qurğu. Effektiv lipoliz və daha dərin enerji müdaxiləsini asanlaşdıran tənzimlənə bilən impulslu sormanı (müsbət və mənfi hava təzyiqi) təmin edir. Qan dövranını artırır, limfatik drenajı genişləndirir və sellüliti azaldaraq və ətraf nahiyənin kiçilməsinə yol açmaqla RF enerjinin lipoliz effektini artırır. VariPulse™ hamar hərəkəti ilə pasiyent üçün daha rahat müalicəni təmin edir. Applikatorda “glide”nin (qliserin əsaslı gel) toplanmasının qarşısını alır.
Venus Legacy xəstə təhlükəsizliyini təmin etdiyi üçün ona tələbat çoxdur və bu cihazla dəri komplekslərinizdən qurtula bilərsiniz.