Bloqlar

Image Image
Image
  • 19 Okt 2022

Spark Möcüzələr Yaradır

Spark cihazı nə üçün istifadə olunur?

Bədən rekonstruksiya cihazı olan Spark bütün dəri problemlərinin həllində öz fərqini göstərərək gözəlliyinizi mühafizə etməyi ustalıqla bacarır. Bu cihaz 3 fərqli sistem və 6 fərqli rejimlə işləyir.

“Spark”ın yaratdığı möcüzələr

  1. Kiçik, qüsursuz burun. Qadınlar burun quruluşu ilə bağlı çox kompleks yaşayırlar. Əməliyyatdan qorxursunuz və ya digər səbəblərdən burun əməliyyatı sizin üçün doğru seçim deyilsə, Spark cihazı köməyinizə çatır. (Burun korreksiyası, kiçildilməsi və s. prosedurlar)
  2. Akne, ləkələr və sızanaqların müalicəsi. Makyaj belə bəzən dəri qüsurlarını tam örtə bilmir. Təmiz və ləkəsiz dəri gözəl görünmək üçün əsas şərtdir.
  3. Qırışların müalicəsi. Yaşlanmış dəri qadınların qorxulu röyasıdır. Ona görə də qırış və çatlaqları tez müalicə etmək tövsiyə olunur.
  4. Xal, ziyil, papillomaların götürülməsi. Hər kəs bədəninin qüsurları ilə barışa bilmir. Dəri sağlamlığına ziyan verməyəcək kiçik əməliyyatlar gözəlliyiniz və kompleksiz yaşam üçün yararlıdır.
  5. Spark hətta saç kökünün cavanlaşdırılması prosesi üçün öz fərqini sübut edir.
  6. “Spark” la onixomikoz müalicəsi, frenektomiya, disxromiya, keloid çapıq, melazma, hiperkeratoz və kistlər, nevusların müalicəsi, gingivektomiya proseduru, liftinqlər, həmçinin qeyri-invaziv blefaroplastika prosedurları asan tətbiq olunur.

Dəri baxımını tamamla.

Üz baxımı, ümumiyyətlə dəri baxımı bir-iki sadə prosedur və bir neçə aydan bir istifadə olunan maskalarla (peelinqlər və s.) yekunlaşmır. Bəzən mütəmadi baxıma vaxt ayırmaq qadınlar üçün müxtəlif səbəblərdən (ev və iş həyatı, uşaqlara qayğı və s. üçün vaxtın bölüşdürülməsi) çətin olur. Ona görə də mütəxəssis köməyi, professional toxunuş, sağlamlıq üçün təhlükəli olmayan cihazlarla proseduru gerçəkləşdirmək gözəl görünüş üçün mürəkkəb yollardan keçməyin qarşısını alır.

Gözəlliyinizi sağlam toxunuşa – “Spark”a əmanət edin.

Diqər postlar


Copyright © Bütün hüquqlar qorunur | @VRproduction