Bloqlar

Image Image
Image
  • 24 Okt 2022

Sellülit Nədir?

Sellulit

Sellulit adətən bədənin qarın və bud hissəsində çuxurlar və portağal qabığına oxşar görünüş şəklində rast gəlinir. Qadınlar arasında daha çox görülən estetik problemlərdəndir. Portağal qabığı toxuması dərinin altında toplanan və genişlənən yağ hüceyrələri ilə dəri səthinə doğru uzanan septa adlanan lifli zolaqların birləşməsindən əmələ gəlir.

Sellülit niyə yaranır?

Sellülitin yaranma səbəbi dəqiq bilinmir. Lakin yaranmasına təsir edə biləcək müəyyən amillər vardır. Belə ki, hormonal dəyişikliklər, arıqlama və ya kökəlmə, zərərli qidalanma, hərəkətsiz həyat tərzi və s. bu təsirdə rol oynayır. Bundan əlavə, çox oturmaq (oturaq həyat tərzi) və həddindən artıq dar geyimlərdən istifadənin də sellülit yaratdığı kimi yanaşmalar vardır.

Sağlam həyat tərzi də sellülitə əngəl deyil. Qəribə görünə bilər, lakin sağlam qidalanmağa və mütəmadi edilən idmana rəğmən də sellülit həyatınızın müəyyən bir dövründə dərinizi hədəf ala bilər.

Sellülit əlamətləri nələrdir?

Sellülit əlamətləri. Sellülitə ən çox qarın və budlarda rast gəlinsə də, bəzi qadınlarda sinədə, alt qarın hissədə və s. meydana gələ bilir. Kənardan portağal qabığı və ya süzmə pendir görüntüsünə bənzəyən sellülit qadınların dərisində gözəllik izlərini zamanla yox edə bilir.

Sellülit xəstəlikdir?

Sellülit ciddi və tibbi bir xəstəlik deyil. Hətta tibbi baxımdan sellülitin təbii bir proses olduğu qəbul olunur. Əgər şəxslərin sellülit və dəri görünüşü ilə bağlı kompleks və ya problemləri varsa, Dr. Ramila Quliyevaya (gözəllik qüsurlarını aradan qaldıran mütəxəssislərə) müraciət edə bilərlər.

Sellülitdə ağrı hiss olunurmu?

 Üçüncü dərəcə sellülitdə ağrı hiss olunur. (Xüsusilə, menopauza dövründəki qadınlarda).

Sellülit müalicəsində yaş məhdudiyyəti varmıdır?

Müalicənin 18 yaşı keçəndən sonra tətbiq olunması məsləhət görülür. Müalicə tez zamanda effekt vermir. Müəyyən bir müddət, sağlam qidalanma (pəhriz) və idmanla birlikdə səbr tələb olunur.

Ancaq unutmayın ki, sellülit öhdəsindən gələ bilməyəcəyiniz böyük bir problem deyildir.

 

Diqər postlar


Copyright © Bütün hüquqlar qorunur | @VRproduction