Bloqlar

Image Image
Image
  • 05 Noy 2022

Qırışlar Niyə Yaranır?

Dəri niyə qırışır?

Zaman keçdikcə dəridəki nəmin azalması, çox soyuq və küləyə məruz qalmaq, (çox soyuq bölgələrdə yaşayan insanların dərisi tez qocalır) günəşin zərərli təsirləri, qidalanma, dəri xəstəlikləri, alkoqol və siqaret və s. dərinin yaşlanmasının əsas səbəbləridir, bu halda qırışlar görünməyə başlayır.

Qırışların əsas yaranma səbəbləri

Günahsız görünən faktorlar - Mimika. Mimika (həmçinin jestlər) hərəkətlərimizə və emosiyalarımıza estetik gözəllik qatsa da, o da dəri qırışlarının yaranma səbəblərindəndir. Məsələn, gözləri qısaraq baxmaq, çox gülmək, qaşları çatmaq üzdəki qırışları dərinləşdirir.

Quru dərilər təhlükə altındadır. Quru dərini daha çox nəmləndirməyə məcburuq. Nəmdən uzaq dəri qırışları gənc yaşda dəvət edə bilər.

Suya ehtiyac duyan bədən. Dərinin quruması və yaşlanmasına əngəl olmaq üçün onu sadəcə xaricdən qorumaq faydalı deyil. Dəriyə nəmləndirici kremlər tətbiq etmək (bu, davamlı olsa belə) tam müsbət nəticə verməyəcək. Onu daxildən (hər gün yetişkinlər üçün zəruri sayılan miqdarda su içmək) də bəsləmək lazımdır.

Hormonlar – dəri sağlamlığına təsir göstərən amillə arasında heç diqqət etmədiyimiz bir səbəbkar daha. Bədənin bir çox hissəsinə təsir edən, hər fizioloji dəyişiklikdə rolu olan hormonlar dəriniz və görünüşünüzün gizli təqibçisidir.

Professional baxım

 Lazımi tədbirləri almadıqda üzdəki qırışlar o həddə çatır ki, bir sıra gözəllik prosedurları və mütəxəssis toxunuşuna zərurət yaranır.

Hansı dəri tipi daha tez qırışır?

Bəyaz və incə dərili insanlar tez zamanda qırışlarla rastlaşa bilər. Bu, dəri tiplərinin həssaslığından asılı olaraq dəyişən prosesdir.

Baxımlı, təmiz və xəstəliklərdən uzaq dərinin qırışlardan da uzaq olduğunu daima xatırlayın.

 

Diqər postlar


Copyright © Bütün hüquqlar qorunur | @VRproduction