- 21 Dek 2022
Qabaqcıl Texnologiya ilə Saç Bərpa Sistemi
Sac tokulmesi
Müasir dövrdə sac tokulmesine qarsi müraciət edən pasiyentləri narahat edən tək səbəb professional həkim tapmaqla məhdudlaşmır, onlar həm də prosedurun hansı texnologiya və alətlərlə tətbiq olunacağı haqda da maraqlanırlar. Qabaqcıl texnologiya təhlükəsiz prosedur və effektiv nəticə üçün zəmin hazırlayır.
ARTAS iX™ Robotlaşdırılmış sac tokulmesi sistemi. Ağıllı saç transplantasiya texnologiyası
ARTAS robotlaşdırılmış saç bərpa sistemi ən son robotlaşdırılmış və süni intellekt texnologiyasını istifadə etməklə dünyanın birinci ağıllı saç transplantasiya platformasıdır. Qeyd edilən robotlaşdırılmış transplantasiya avadanlığı vahid və kompakt platformada, eyni zamanda qəbul edən sahənin hazırlanması və implantasiya funksiyaları ilə dəqiq, effektiv və təkrarlana bilən əkimi təklif edir. Ağıllı və dəqiq saç bərpa prosedurları ən son texnologiya dəqiqliyi, effektivliyi və təkrarlanma qabiliyyəti ilə hər bir pasiyent üçün fərdi saç dizaynını təmin edir.
ARTAS iX™ robotlaşdırılmış saç bərpa platformasına 44-mikron görüntü ilə qabaqcıl çoxkameralı stereoskopik görüntü sistemi daxildir. Bu system qurğunun yeddi oxlu robotlaşdırılmış qolu ilə həkimlərə ən yüksək dəqiqliklə avtomatlaşdırılmış prosedurları yerinə yetirmələrinə şərait yaradır. Pasiyentin mövcud saçlarını qorumaqla ARTAS robotlaşdırılmış saç ekimi sistemi həm donor nahiyə və həm də qəbul edən nahiyədə daha təbii görkəmin yaradılmasını təmin edir. Qabaqcıl Aİ davamlı olaraq hər bir saç follikulun xarakterini – yerini, bucağını, ölçüsünü və orientasiyasını izləyir və xəstənin hərəkətinə görə tənzimləyir. Təsvirli robotlaşdırılmış tənzimləmə texnologiyası optimal bucaq altında hər bir follikulyar vahidinin dəqiq şəkildə əkimini həyata keçirir.
NeoGraft saç bərpa sistemi
NeoGraft saç bərpa sistemində etibarlı saç bərpa həllərindən biridir. NeoGraft inqilabi avtomatlaşdırılmış follikulyar birləşmələrin çıxarılması (FUE) və implantasiyası texnologiyası hər hansı xətti çapıq buraxmır və xəstənin sürətli sağalması prosesinə minimal müdaxilə edir. Ümumi istifadədə olan qeyri-effektiv mexaniki alət və prosedurları uzaqlaşdıraraq həkimlərə davamlı kliniki nəticələrlə saç transplantasiyasını təklif etməyə imkan yaradır.
Minimal müdaxiləli müalicə ilə saç bərpasında mükəmməl nəticələr
Bizim NeoGraft saç transplantasiya sistemimiz avtomatlaşdırılmış FUE texnologiyası vasitəsilə pasientlərin təbii saç görkəminin daha tez və effektiv qaydada bərpasını təmin edir.
QABAQCIL TEXNOLOGİYA
Neograft saç bərpa bazarında ilk avtomatlaşdırılmış FUE sistemlərindən biri ilə sənaye və bazar lideridir. Neograft saç toplama, implantasiya funksiyaları həkimlər üçün saç tökülməsi müalicəsində pasientlərin istədiyi saç bərpa prosedurlarını həyata keçirməyi daha da asanlaşdırır. Mexaniki çıxarma və implantasiyaların təsirsizliyi artıq aradan qaldırılır və bu, pasientlərə FUE prosedurundan yararlanmağı və həkimlərə əla kliniki nəticələr verən sürətli, effektiv və təhlükəsiz saç əkimlərini həyata keçirmələrini mümkün edən qabaqcıl texnologiya ilə əvəz edir. NeoGraft üstünlükləri ilə seçilən bir cihazdır.
OPTİMALLAŞDIRILMIŞ İŞ AXINI
- İkiqat birləşdirilmiş qol və genişləndirilmiş erqonomika həm pasientlər, həm də həkimlər üçün daha sürətli və daha rahat prosedurları təmin edir.
- Yeni əks bucaq maye itkisinin qarşısını alır və transplantatları vakum bərkimədən qoruyur.
- Qəbul nahiyəsini tənzimləyən qurğu daha standartlı implantları təmin edir.
- Təmassız implant qurğusu soğanaq travmasının dərəcəsini tam olaraq azaldır.
- Avtoklavlana bilən parçalar steril və sərfəli alətləri təklif edir.
PNEVMATİK MÜHƏRRİK VƏ AĞILLI DİNAMOMETRİK TEXNOLOGİYA
Pistonlu mühərrik saçın çıxarılması və əkilməsi üçün dəqiq təzyiq nəzarətini təmin edir. Bərabər ölçülü sorma və sıxma standartlara uyğun saç çıxarımları, yüksək keyfiyyətli transplantatlar və pasientlər üçün mükəmməl nəticələrə yol açır.